Aparıcı Elgiz Əkbər Əməkdar artist Mehriban Xanlarova ilə bağlı gileyini efirdə dilə gətirib.
Elgiz Əkbər bildirib ki, aktrisanın ailəsində baş verən ağır hadisə zamanı onun yanında olub. Lakin aparıcının sözlərinə görə, anası vəfat etdikdən sonra Mehriban Xanlarova nə başsağlığı verib, nə də onunla əlaqə saxlayıb.
Aparıcı bu münasibətin ona təsir etdiyini və illərdir dostluq etdiyi insandan belə bir diqqətsizliyi gözləmədiyini deyib.
“Dostumsan, neçə ildir münasibətimiz var. Xeyir işə gəlməyə bilərsən, normaldır. Amma yas elədir ki, gözləyirsən”, – deyə Elgiz Əkbər bildirib.
O, Mehriban Xanlarovanın qardaşının yasından sonra aktrisa ilə görüşmədiyini də qeyd edib:
“Məni axtarar deyə düşündüm”.
Mənbə: Axşam.az

