Emin Ağalarov Formula 1 bolidi idarə etdi – VİDEO

Emin Ağalarov Formula 1 bolidi idarə etdi – VİDEO

Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, iş adamı və sənətçi Emin Ağalarovun Formula 1 bolidi idarə edirmiş kimi görüntüləri sosial şəbəkədə diqqət çəkib.

Ağalarov paylaşdığı videoda gələcəkdə “Sea Breeze” ərazisində Formula 1 yarışının keçirilməsi ilə bağlı planlardan danışıb. Paylaşımda həmçinin onun sanki Formula 1 yarış avtomobilinin sükanı arxasında olduğu görüntülərə də yer verilib.

O bildirib ki, “Sea Breeze”də Formula 1 standartlarına uyğun trasın tikilməsi ilə bağlı hazırlıqlar və müzakirələr aparılır. Layihə çərçivəsində dünyanın müxtəlif yarış traslarının layihələndirilməsi ilə məşğul olan “Tilke” şirkəti ilə əlaqələrin qurulduğu açıqlanıb.

Ağalarovun sözlərinə görə, hər şey plan üzrə getsə, 2030–2031-ci illərə qədər trasın ətraf infrastrukturu ilə birlikdə inşa edilməsi nəzəri olaraq mümkün ola bilər. Bununla belə, hazırda Formula 1 yarışlarının “Sea Breeze”ə köçürülməsi ilə bağlı konkret razılaşmanın olmadığı bildirilib.

Həmin görüntüləri təqdim edirik.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir