Elm və təhsil naziri Emin Əmrullayev Azərbaycanda qız və oğlan şagirdlərin qiymətləndirmə nəticələri ilə bağlı diqqətçəkən açıqlama verib.
Nazirin sözlərinə görə, azərbaycanlı qızlar bütün qiymətləndirmə istiqamətləri üzrə oğlanlardan daha yüksək nəticə göstəriblər.
O bildirib ki, beynəlxalq təcrübədə riyazi savadlılıq üzrə adətən oğlanların üstünlüyü müşahidə olunur. Azərbaycanda isə bunun əksinə olaraq, qızlar ilk dəfə riyazi savadlılıq üzrə oğlanları qabaqlayıb.
Emin Əmrullayev bu nəticənin səbəblərinin araşdırılmasının vacib olduğunu vurğulayıb və məsələni valideynlərə də sual kimi ünvanlayıb.

