Sentyabrın 15-də – Bilik Günü münasibətilə Bakıda yerləşən 21 nömrəli tam orta məktəbdə olan elm və təhsil naziri Emin Əmrullayevin hərəkət tərzi diqqətdən yayınmayıb.
Xəbər Yerində xəbər verir ki, nazir məktəbə daxil olarkən sağ əli ilə bel-böyrək nahiyəsini tutaraq asta addımlarla hərəkət edib.
Emin Əmrullayevin birincilər qarşısında çıxışı zamanı da belini bir qədər əyərək dayandığı müşahidə olunub.
Nazirin bu vəziyyətinin səbəbi ilə bağlı hər hansı rəsmi açıqlama verilməyib.
Mənbə: Oxu.az

