Türkiyənin birinci xanımı Əminə Ərdoğan “15 İyul Demokratiya və Milli Birlik Günü” münasibətilə sosial media hesabında paylaşım edib.
O, paylaşımını “Qələbə bizimdir” həştəqi ilə yayımlayıb.
Əminə Ərdoğan qeyd edib ki, 15 İyul Vətən torpağında yüksələn müqavimətin və sarsılmaz cəsarətin simvoludur.
“15 İyul qaranlığa qarşı ürəkləri ilə işıq olan qəhrəmanlarımızın, xalq iradəsinin səsi və istiqlalımızın qürurlu mübarizlərinin adı oldu. Demokratiyamız uğrunda verilən bu böyük mübarizə və göstərilən fədakarlıq xalqımızın yaddaşında daim yaşayacaq.
15 İyul dastanını yazan əziz şəhidlərimizi rəhmətlə, qəhrəman qazilərimizi isə minnətdarlıq və təşəkkür hissi ilə yad edirəm”, – deyə Əminə Ərdoğan bildirib.
Mənbə: Trthaber

