Xəbər Yerində TRT haberə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı aparıb.
Türkiyə mətbuatının məlumatına görə, söhbət zamanı Türkiyə-Azərbaycan ikitərəfli münasibətləri, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.
Ərdoğan Türkiyə ilə Azərbaycanın qardaşlıq münasibətlərindən güc alaraq əməkdaşlığı daha yüksək səviyyəyə çatdıracağını bildirib.
Türkiyə Prezidenti Azərbaycanın müstəqilliyinin 35-ci ildönümünü bir daha təbrik edib. O, həmçinin İlham Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının XIII Zirvə toplantısına dəvət edib.

