Ərdoğan tarixi müdafiə sazişinə imza atdı

Ərdoğan tarixi müdafiə sazişinə imza atdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şərif “Məkkə Birgə Müdafiə Sazişi”ni imzalayıblar.

Xeberyerinde xarici KİV-ə istinadən xəbər verir ki, saziş üç ölkə arasında müdafiə əməkdaşlığının gücləndirilməsini, regional təhlükəsizliyin möhkəmləndirilməsini və müdafiə sənayesində strateji tərəfdaşlığın inkişafını nəzərdə tutur.

Sənədə əsasən, iştirakçı ölkələrdən birinə silahlı hücum bütün tərəflərə qarşı hücum kimi qiymətləndiriləcək. Bununla yanaşı, sazişin heç bir ölkəyə qarşı yönəlmədiyi, Türkiyənin NATO üzvlüyünə alternativ olmadığı və türk hərbçilərinin xaricə göndərilməsi ilə bağlı qərarların ölkənin milli qanunvericiliyinə uyğun qəbul ediləcəyi vurğulanıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir