Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, Turab Zeynalov adlı əslən azərbaycanlı Rusiya vətəndaşı bu yaxınlarda Ermənistanın paytaxtı İrəvana səfər edib.
O, səfərlə bağlı təəssüratlarını və yaşadıqlarını özünün “YouTube” kanalında yayımladığı videoda bölüşüb.
Gənc bildirib ki, tanışları ilə birlikdə dostlarının toyunda iştirak etmək üçün İrəvana yollanıb. Əslən Azərbaycandan olduğu üçün Ermənistan sərhədindən ölkəyə buraxılıb-buraxılmayacağına əmin olmayıb.
Sərhəddə 3 saat gözlədilib
Turab Zeynalovun sözlərinə görə, sərhəd-keçid məntəqəsində bir neçə saat gözləməli olub. Sərhəd əməkdaşları ondan Azərbaycanda sonuncu dəfə nə vaxt olduğunu soruşublar.
O, yaşadıqlarını belə ifadə edib:
“Sərhəddə məni 3 saat saxladılar. Azərbaycanda sonuncu dəfə nə vaxt olduğuma dair sorğu-sual etdilər. Bir çoxu alınmayacağını deyirdi”.
Buna baxmayaraq, sonradan onun Ermənistana girişinə icazə verilib və ölkəyə problemsiz daxil olub.
İrəvanı Bakı ilə müqayisə edib
Turab Zeynalov səfəri zamanı İrəvanın müxtəlif yerlərini gəzib. O, şəhərin müəyyən mənada Bakıya bənzədiyini iddia edib.

