“Etilen-polietilen” zavodunda təlim-FOTO

“Etilen-polietilen” zavodunda təlim-FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti təlim keçirib. Təlim Sumqayıtda SOCAR-ın “Azərkimya” İstehsalat Birliyinin “Etilen-polietilen” zavodunda baş tutub.

FHN-dən bildirilib ki, təlimin əsas məqsədi:

  • yanğınlar zamanı yanğından mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi
  • yanğınların söndürülməsi və xilasetmə işlərinin təşkili üzrə şəxsi heyətin peşəkar hazırlığının artırılması
  • müəssisə əməkdaşlarının yanğın zamanı davranış qaydaları olub.

Ssenariyə uyğun olaraq, şərti yanğınla əlaqədar “Həyəcan” siqnalı verildikdən sonra yanğından mühafizə və xilasetmə qüvvələri hadisə yerinə operativ şəkildə cəlb olunaraq yanğının söndürülməsinə başlayıblar. Təxliyə planına uyğun olaraq işçilər təhlükəsiz əraziyə çıxarılıb, şərti xəsarət alanlara ilkin tibbi yardım göstərilib və “yanğın” qısa müddətdə lokallaşdırılaraq söndürülüb.

Təlimə Dövlət Yanğından Mühafizə Xidməti, Sumqayıt Regional Mərkəzi və Təcili və Təxirəsalınmaz Tibbi Yardım Məntəqəsinin ümumilikdə 9 texnikası və 40 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.

Təlim uğurla başa çatdıqdan sonra nəticələr təhlil edilib, iştirakçılara müvafiq tapşırıqlar verilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir