Prezident İlham Əliyev PUA-larla bağlı fərman imzaladı

Prezident İlham Əliyev PUA-larla bağlı fərman imzaladı

Azərbaycanda mülki pilotsuz uçuş aparatlarının (PUA) idarə olunması üçün yeni informasiya sistemi yaradılacaq.

Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.

Fərmana əsasən, “Mülki pilotsuz uçuş aparatlarının idarə edilməsi” informasiya sistemi yaradılacaq. Sistem vasitəsilə pilotsuz uçuş aparatlarının dövriyyəsinə xüsusi icazələrin verilməsi, onların qeydiyyatının aparılması, həmçinin pilot (operator) şəhadətnamələrinin, əməliyyat icazələrinin, istismarçı sertifikatlarının, eləcə də model PUA klubları və assosiasiyalarına icazələrin rəsmiləşdirilməsi həyata keçiriləcək.

Yeni sistemin yaradılmasında məqsəd mülki pilotsuz uçuş aparatlarının dövriyyəsinin və istismarının daha səmərəli tənzimlənməsini təmin etməkdir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir