“Evdə tək 2” filmi ilə tanınan britaniyalı aktyor Tim Karri 80 yaşında həyatını itirib.
“TMZ”nin məlumatına görə, aktyor avqustun 25-də vəfat edib. Onun ölümünün səbəbi hələlik açıqlanmayıb. Hüquq-mühafizə orqanlarının ilkin məlumatında isə hadisə zamanı zorakılıq əlamətlərinin olmadığı bildirilib.
Tim Karri geniş tamaşaçı auditoriyasına xüsusilə 1992-ci ildə ekranlara çıxan “Evdə tək 2” filmi ilə tanış idi. O, ekran əsərində Nyu-Yorkdakı “Plaza Hotel”də çalışan Mister Hektor obrazını canlandırıb.
Aktyor filmdə baş rolu oynayan Makoley Kalkinlə birlikdə çəkilib.




