Polad Bülbüloğlu üçüncü dəfə evlənməsi barədə xəbəri təkzib etdi

Polad Bülbüloğlu üçüncü dəfə evlənməsi barədə xəbəri təkzib etdi

Millət vəkili, Xalq artisti Polad Bülbüloğlu üçüncü dəfə ailə həyatı qurması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

“Xəbər Yerində” xəbər verir ki, sənətçi “Novoye Vremya”ya açıqlamasında bu məlumatın həqiqətə uyğun olmadığını bildirib.

Polad Bülbüloğlu hazırda Türkiyədə istirahətdə olduğunu deyib. O, Gülnarə Şıxəliyevadan boşanmadığını və üçüncü dəfə evlənmədiyini vurğulayıb.

Qeyd edək ki, ötən gün 81 yaşlı sənətçinin 48 yaşlı Əməkdar artist və rəqqasə Eteri Cəfərova ilə ailə həyatı qurduğu barədə məlumat yayılmışdı.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir