Evlərə doluşan mərmər bağacığı sakinləri bezdirdi

Evlərə doluşan mərmər bağacığı sakinləri bezdirdi

Şimal bölgəsində həşərat basqını – evlərə doluşan mərmər bağacığı sakinləri qorxuya salıb

Azərbaycanın şimal bölgəsində mərmər bağacığının kütləvi şəkildə görünməsi sakinlərin narahatlığına səbəb olub. Soyuq havaların yaxınlaşması ilə daha isti yerlərə sığınmağa çalışan həşəratlar evlərə və müxtəlif obyektlərə doluşur.

Xəbər Yerində APA TV-yə istinadən xəbər verir ki, xüsusilə payız aylarında mərmər bağacığının yaşayış məntəqələrində daha çox müşahidə olunması diqqət çəkir. Həşəratlar qışlamaq üçün soyuqdan qorunan yerlərə çəkildiyindən evlərdə də görünürlər.

“Bu il yaman çoxalıblar”

Bölgə sakinləri bildirirlər ki, həşəratların sayının artması gündəlik həyatlarını çətinləşdirib. Onlar evlərdə körpə uşaqların və xəstə insanların olmasının vəziyyəti daha da narahatedici etdiyini deyirlər.

Sakinlərdən biri bildirib ki, həşəratlara qarşı müxtəlif vasitələrdən istifadə etsələr də, onlardan qorunmaq çətinləşib.

65 kənddə monitorinq aparılıb

Mütəxəssislərin sözlərinə görə, mərmər bağacığına qarşı mübarizə həm yaşayış məntəqələrində, həm də kənd təsərrüfatı sahələrində həyata keçirilməlidir.

Zərərvericilərə qarşı mexaniki, bioloji və kimyəvi mübarizə üsullarından istifadə olunur. Yayılma arealını və həşəratların sıxlığını müəyyənləşdirmək məqsədilə bölgədə monitorinqlər aparılıb.

Məlumata görə, il ərzində 65 kənddə monitorinq keçirilib, 1 200 ədəd feromon tələ quraşdırılıb. Tutuculara düşən qəhvəyi mərmər bağacıqlarının sayına əsasən, hansı ərazilərdə mübarizə tədbirlərinin görülməli olduğu müəyyənləşdirilib.

Mübarizə tədbirləri davam edir

Hazırda şimal bölgəsində mərmər bağacığına qarşı mübarizə tədbirləri davam etdirilir. Zərərvericinin yaşayış məntəqələrində də yayılması bu işi çətinləşdirən amillərdən biridir.

Mübarizənin əsas məqsədi həşəratın yayılmasını məhdudlaşdırmaq və kənd təsərrüfatı bitkilərinə vurduğu zərəri azaltmaqdır. Bunun üçün zərərvericinin vaxtında aşkarlanması və uyğun mübarizə üsullarının tətbiqi vacib hesab olunur.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir