Faktiki hava: Bəzi rayonlarda yağış və güclü külək qeydə alınıb

Faktiki hava: Bəzi rayonlarda yağış və güclü külək qeydə alınıb

Avqustun 30-u saat 10:00-a olan faktiki hava şəraiti açıqlanıb.

“Xəbər Yerində” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisinin əksər hissəsində hava əsasən yağmursuz keçib. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda axşam və gecə saatlarında yağış, ayrı-ayrı yerlərdə isə leysan xarakterli yağıntı və şimşək müşahidə olunub.

Ən çox yağıntı Ağstafada qeydə alınıb – 7 mm. Daşkəsən, Gəncə, Tovuz, Şəmkir, Ceyrançöl, Zaqatala və Göyçayda isə yağıntının miqdarı 1 mm-dək olub.

Hazırda bəzi ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Culfa və Neftçalada 20 m/s, Bakı və Abşeron yarımadasında 17 m/s, Naftalan, Tərtər və Naxçıvanda isə 16 m/s-yə çatıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan Muxtar Respublikasında 35, Aran rayonlarında 36, dağlıq rayonlarda isə 26 dərəcəyədək yüksəlib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir