FHN bir həftə ərzində 881 yanğına müdaxilə edib-VİDEO

FHN bir həftə ərzində 881 yanğına müdaxilə edib-VİDEO

Fövqəladə Hallar Nazirliyi ötən həftə ərzində ölkə ərazisində baş vermiş fövqəladə hadisələrlə bağlı həyata keçirdiyi əməliyyatların statistikasını açıqlayıb.

Nazirliyin məlumatına görə, “112” qaynar telefon xəttinə daxil olan müraciətlər əsasında aidiyyəti qurumlar tərəfindən son bir həftə ərzində 881 yanğın hadisəsinə çıxış edilib. Bununla yanaşı, 36 halda köməksiz vəziyyətdə qalan şəxslərə yardım göstərilib, 2 yol-nəqliyyat hadisəsi ilə bağlı qəza-xilasetmə əməliyyatı həyata keçirilib.

Bildirilib ki, operativ müdaxilə nəticəsində yanğınlar qısa müddətdə söndürülüb, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən həftə ərzində 9-u azyaşlı olmaqla 38 nəfər xilas edilib, 2 nəfər xəsarət alıb, 7 nəfərin meyiti isə aidiyyəti üzrə təhvil verilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir