FHN-dən ağır həftənin statistikası: 13 meyit təhvil verildi

FHN-dən ağır həftənin statistikası: 13 meyit təhvil verildi

Xəbər Yerində xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında ötən həftə ərzində müxtəlif istiqamətlər üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Belə ki, FHN-in aidiyyəti qurumları tərəfindən 685 yanğına çıxış, 33 halda köməksiz vəziyyətdə qalma, 6 avtonəqliyyat qəzası və 1 partlayış faktı üzrə əməliyyatlar həyata keçirilib.

Görülən təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ şəkildə söndürülüb, insanların həyatının xilas edilməsi təmin olunub.

Ümumilikdə, ötən həftə ərzində FHN qüvvələri tərəfindən 10-u azyaşlı olmaqla 46 nəfər xilas edilib.

Yanğınlar zamanı 5 nəfər xəsarət alıb, 13 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir