Fransada 143 illik tarixi bina yandı və uçdu
Fransada davam edən iğtişaşlar zamanı tarixi abidəyə ciddi ziyan dəyib.
Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, etirazçılar Limoj şəhərində yerləşən 143 illik bələdiyyə binasına od vurublar.
Yanğın nəticəsində tarixi bina ciddi zədələnib və daha sonra uçub.
Hadisənin baş verdiyi ərazidə yaranmış vəziyyət və dəymiş ziyanın miqyası ilə bağlı əlavə məlumat verilməyib.

