Fransaya casusluq ittihamı ilə məhkum olunan Martin Ryan əfv edilib

Fransaya casusluq ittihamı ilə məhkum olunan Martin Ryan əfv edilib

Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması ilə bağlı imzaladığı Sərəncama əsasən, 1988-ci il təvəllüdlü, Fransa Respublikasının vətəndaşı Ryan Martin Riçard cəzasının qalan hissəsindən azad edilib.

Xəbər Yerində xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, Fransa vətəndaşı olan Martin Ryan 2023-cü ilin dekabrında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. O, Azərbaycan Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə casusluqda ittiham olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2026-cı il tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin qərarından verilən apellyasiya şikayəti təmin olunmayıb və hökm qüvvədə saxlanılıb. İttiham tərəfinin məlumatına görə, Ryan Fransa xüsusi xidmət orqanları ilə əməkdaşlıq edərək Azərbaycanda müxtəlif məxfi məlumatların toplanmasında ittiham olunub.

Prezidentin Sərəncamı ilə Martin Ryan cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir