Gəncədə kanalizasiya xətti partladı – Sakinlər: “Pəncərələri belə aça bilmirik”

Gəncədə kanalizasiya xətti partladı – Sakinlər: “Pəncərələri belə aça bilmirik”

Gəncə şəhərinin Mehdi Hüseynzadə küçəsində yaşayan sakinlər uzun müddətdir kanalizasiya problemi ilə üz-üzə qaldıqlarını bildirirlər.

Xeberyerinde Gencexeber-ə istinadən xəbər verir ki, küçədə kanalizasiya xəttində baş vermiş qəza səbəbindən bir həftədən artıqdır çirkab suları ətrafa axır. Nəticədə ərazidə kəskin üfunət qoxusu yaranıb və bu, sakinlərin gündəlik həyatına ciddi təsir göstərir.

“Qoxudan küçədə dayanmaq mümkün deyil. Evlərin pəncərələrini belə aça bilmirik. Çirkab suları küçəyə axır və bu vəziyyət artıq sağlamlığımız üçün təhlükə yaradır”, – deyə sakinlər bildiriblər.

Sakinlər problemin uzun müddətdir həll olunmadığını qeyd edərək aidiyyəti qurumlardan kanalizasiya xəttindəki nasazlığın qısa zamanda aradan qaldırılmasını xahiş ediblər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir