MyGov platformasına yenilik əlavə olunub.
Belə ki, Fövqəladə Hallar Nazirliyi (FHN) vətəndaş müraciətlərinin daha rahat qəbul edilməsi və xidmətlərin rəqəmsallaşdırılması istiqamətində yeni imkan yaradıb.
Bundan sonra vətəndaşlar MyGov platforması üzərindən də FHN-ə və nazirliyin müvafiq qurumlarına elektron müraciət göndərə biləcəklər.
Bunun üçün MyGov platformasında “Dövlət qurumlarına rəsmi məktub” bölməsinə daxil olaraq Fövqəladə Hallar Nazirliyini və ya onun aidiyyəti qurumunu seçmək kifayətdir.
Göndərilən müraciətlərə dair FHN tərəfindən hazırlanmış rəsmi cavab da MyGov platformasında vətəndaşın şəxsi kabinetinə təqdim olunacaq.

