Gəncədə avtomobil dirəyə çırpılıb aşdı-FOTO

Gəncədə avtomobil dirəyə çırpılıb aşdı-FOTO

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Xeberyerinde APA-ya istinadən xəbər verir ki, qəza şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan VAZ-21015 markalı minik avtomobili idarəetmədən çıxaraq əvvəlcə rabitə dirəyinə çırpılıb, daha sonra isə yolun kənarına aşıb.

Qəza nəticəsində üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb. Həkimlərin bildirdiyinə görə, onların vəziyyəti orta ağır qiymətləndirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Qəzanın başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir