Gəncədə çayxanada qanlı insident: 30 yaşlı kişi bıçaqlandı

Gəncədə çayxanada qanlı insident: 30 yaşlı kişi bıçaqlandı

Gəncədə çayxanada bıçaqlanma hadisəsi baş verib.

Xeberyerinde Gencexeber-ə istinadən xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb. İlkin məlumata görə, 1995-ci il təvəllüdlü Məmməd Babayev bıçaq xəsarətləri alaraq Gəncədə yerləşən xəstəxanalardan birinə çatdırılıb.

Həkimlərin verdiyi məlumata əsasən, yaralının vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Hadisənin başvermə səbəbləri və təfərrüatları araşdırma nəticəsində məlum olacaq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir