Nazir müavini: Attestasiyanın məqsədi işçiləri işdən çıxarmaq deyil

Nazir müavini: Attestasiyanın məqsədi işçiləri işdən çıxarmaq deyil

Mədəniyyət Nazirliyinin həyata keçirdiyi attestasiya prosesinin əsas məqsədi əməkdaşların peşə hazırlığını qiymətləndirməkdir.

Xeberyerinde Apa-ya istinadən xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov kitabxana sistemində İT mütəxəssislərinin attestasiyasına həsr olunan brifinqdə deyib.

Nazir müavini bildirib ki, attestasiya zamanı təkcə əməkdaşların bilik səviyyəsi yoxlanılmır, həm də onların əlavə ixtisasartırma və ya peşəkar təlimlərə ehtiyacının olub-olmaması müəyyənləşdirilir.

Onun sözlərinə görə, bu səbəbdən bəzi iştirakçıların əlavə təlimlərə və ya ixtisasartırma proqramlarına cəlb edilməsi mümkündür.

Fərid Cəfərov vurğulayıb ki, bununla bağlı yekun qərarlar Attestasiya Komissiyasının rəy və nəticələri açıqlandıqdan, ümumi statistika formalaşdırıldıqdan sonra veriləcək.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir