Gecə saatlarında yuxulu sürücü qəza törətdi-FOTO

Gecə saatlarında yuxulu sürücü qəza törətdi-FOTO

Şəmkirdə yol qəzası baş verib.

Hadisə Bakı–Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan “DAF” markalı sement daşıyan yük avtomobili idarəetmədən çıxaraq yol kənarındakı beton arakəsməyə çırpılıb. Nəticədə avtomobilə ciddi ziyan dəyib.

Qəza zamanı sürücü, 62 yaşlı S.Verdiyev xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb, vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Məlumata əsasən, hadisəyə sürücünün sükan arxasında yuxulaması səbəb olub.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunaraq yanğın təhlükəsinin qarşısının alınması üçün zəruri tədbirlər görüblər.

Faktla bağlı DYP əməkdaşları tərəfindən araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir