Göyçayda gecə saatlarında qəza: 4 yaralı

Göyçayda gecə saatlarında qəza: 4 yaralı

Göyçay rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xəbər Yerində Apa-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında Bakı–Şamaxı–Yevlax avtomobil yolunun rayonun Bığır kəndindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, “Kia” və “VAZ-2106” markalı avtomobillər toqquşub. Qəza nəticəsində hər iki nəqliyyat vasitəsində olan yaralılar avtomobillərin içərisində sıxılmış vəziyyətdə qalıblar.

Ətrafdakı şəxslərin köməyi ilə yaralılar avtomobillərdən çıxarılıb. Dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir