Çinin cənub-şərqində yerləşən Szyansi əyalətində güclü torpaq sürüşməsi baş verib.
Xəbər Yerində xəbər verir ki, təbii fəlakət Tszyan şəhər dairəsində qeydə alınıb. Sürüşmə nəticəsində azı bir nəfər ölüb, 11 nəfərin isə itkin düşdüyü bildirilir.
Torpaq kütləsi səkkiz yaşayış evini tamamilə dağıdıb, daha dörd evə ciddi ziyan dəyib. Hadisə yerinə xilasedicilər cəlb olunub. Onların səyləri nəticəsində iki nəfər dağıntılar altından sağ çıxarılıb.
Hazırda itkin düşənlərin tapılması üçün axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Məlumata görə, bölgə bundan əvvəl “Saudel” tayfununun təsirinə məruz qalıb. Tayfunun ardınca yağan güclü və fasiləsiz yağışların torpaq sürüşməsinə səbəb olduğu ehtimal edilir.

