Güllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi

Güllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi

Xəbər Yerində Qaynarinfo-ya istinadən xəbər verir ki, tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov inzibati qaydada həbs edilib.

O, Sumqayıt şəhərində polis əməkdaşlarının keçirdiyi tədbirlər zamanı saxlanılıb.

Üzərindən narkotik vasitə aşkarlanıb

Məlumata görə, Rasim Yusifovun üzərində narkotik vasitə aşkarlanıb. Bununla bağlı onun barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib.

Məhkəmənin qərarı ilə R.Yusifov 25 sutka müddətinə inzibati qaydada həbs olunub.

Bundan başqa, o, müvafiq narkoloji dispanserdə qeydiyyata alınaraq məcburi müalicəyə cəlb edilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir