Gürcüstanın Azərbaycandakı yeni səfiri məlum oldu

Gürcüstanın Azərbaycandakı yeni səfiri məlum oldu

Xəbər Yerində xəbər verir ki, Georgi Zakaraşvili Gürcüstanın Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Zakaraşvili Bakıda səfir vəzifəsində Zurab Pataradzeni əvəz edəcək. O, daha əvvəl Gürcüstanın Ukraynadakı səfiri vəzifəsində çalışıb.

Gürcüstan XİN-dən bildirilib ki, Zakaraşvilinin nazirliyin mərkəzi aparatında, eləcə də ölkənin müxtəlif diplomatik nümayəndəliklərində uzunmüddətli iş təcrübəsi var.

Mənbə: Apa

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir