Hacıqabulda qətl hadisəsi baş verib.
19 yaşlı qız öldürülüb
Hadisə Hacıqabul şəhərinin İsmət Qayıbov küçəsində qeydə alınıb. 2007-ci il təvəllüdlü Zeynəb Qocayeva minik avtomobilində boyun nahiyəsindən bıçaqlanaraq qətlə yetirilib.
Qardaşı polisə təslim olub
Cinayəti törətməkdə şübhəli bilinən mərhumun qardaşı, 1995-ci il təvəllüdlü Cəfər Həsənov könüllü olaraq polisə təslim olub.
Faktla bağlı araşdırma aparılır.

