Hacıqabulda sərnişin avtobusu aşdı: 30-dan çox yaralı var

Hacıqabulda sərnişin avtobusu aşdı: 30-dan çox yaralı var

Hacıqabul rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 30-dan çox sərnişin xəsarət alıb.

Hadisə Bakı–Qazax magistral yolunun rayonun Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, Zaqatala–Bakı marşrutu üzrə hərəkət edən iritutumlu sərnişin avtobusu idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində 30-dan artıq sərnişin, o cümlədən azyaşlılar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar təcili tibbi yardım briqadalarının köməyi ilə Şirvan və Hacıqabul rayon mərkəzi xəstəxanalarına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Apa

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir