Hacıqabulda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə Bakı-Qazax magistralının 108-ci kilometrliyində, Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Mercedes Vito” markalı mikroavtobus hərəkətdə olarkən “KamAZ” markalı yük avtomobilinə arxadan çırpılıb.
Qəza nəticəsində mikroavtobusda olan 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Apa

