Hersoqun Azərbaycana səfəri Türkiyədə müzakirə yaratdı

Hersoqun Azərbaycana səfəri Türkiyədə müzakirə yaratdı

İsrail Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ilə bağlı Türkiyədə yayılan bəzi iddiaların əsassız olduğu bildirilib.

Xəbər Yerində APA-ya istinadən xəbər verir ki, məsələ əslində sadədir və yayılan iddiaların heç bir əsası yoxdur.

Məlumata görə, İsrail Prezidenti, onun köməkçisi və kiçik nümayəndə heyəti Bakı–Tel-Əviv–Bakı istiqamətində həyata keçirilən kommersiya reysi ilə Azərbaycana səfər ediblər. Onlar digər sərnişinlər kimi bilet alaraq təyyarə ilə uçublar.

Beləliklə, İsrail Prezidentinin Azərbaycana səfəri üçün xüsusi təyyarə və ya qeyri-adi uçuş təşkil edilməyib. İsxak Hersoq kommersiya reysi ilə adi sərnişin kimi Bakıya gəlib.

Məlumatda qeyd olunub ki, Türkiyədə Azərbaycanla bağlı hər dəfə müxtəlif bəhanələr axtaran və məsələləri “təftiş” edən bəzi şəxslər bu hadisəni də manipulyasiya mövzusuna çeviriblər.

Vurğulanıb ki, kommersiya reysləri ilə səfər edən şəxslərə eyni yanaşma tətbiq olunsa, Türkiyə Hava Yolları, “Pegasus Airlines”, “AJet” və digər aviaşirkətlərin reyslərindən istifadə edən sərnişinlərin də araşdırılması zərurəti yaranar.

İsrail Prezidentinin bilet alaraq kommersiya reysi ilə Azərbaycana gəlməsinin adi sərnişin uçuşu olduğu bildirilib. Onun hansı reyslə və hansı qaydada Bakıya gəlməsi ilə bağlı əsassız iddiaların irəli sürülməsinin məntiqi əsasının olmadığı qeyd edilib.

Həmçinin Türkiyə ilə İsrail arasında müxtəlif sahələrdə mövcud əlaqələr nəzərə alınaraq, İsrail Prezidentinin Azərbaycana kommersiya reysi ilə səfərinin xüsusi müzakirə predmetinə çevrilməsinin düzgün yanaşma olmadığı vurğulanıb.

Qeyd edək ki, İsrail Prezidenti İsxak Hersoq Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana gəlib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir