İlham Əliyev Hindistanın yeni səfirini qəbul edib – FOTO

İlham Əliyev Hindistanın yeni səfirini qəbul edib – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Hindistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abhay Kumarı qəbul edib.

Xəbər Yerində xəbər verir ki, bu barədə President.az məlumat yayıb.

Səfir Abhay Kumar etimadnaməsini dövlət başçısına təqdim edib. O, Azərbaycanla Hindistan arasında ikitərəfli münasibətlərin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüş zamanı bu ilin sentyabrında Bişkek şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə Görüşü çərçivəsində Prezident İlham Əliyevlə Hindistanın Baş naziri Narendra Modi arasında baş tutan təmaslar xatırlanıb.

Söhbət zamanı Azərbaycan və Hindistan xalqları arasında minilliklərə söykənən tarixi-mədəni əlaqələrin mövcud olduğu vurğulanıb.

Görüşdə, həmçinin iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir