“Hörümçək adam” rekordu qırdı: Tarixin ən çox gəlir gətirən filmi oldu

“Hörümçək adam” rekordu qırdı: Tarixin ən çox gəlir gətirən filmi oldu

Xəbər Yerində xəbər verir ki, “Hörümçək adam: Yeni gün” (“Spider-Man: Brand New Day”) filmi Şimali Amerika kino bazarında kassa rekordu müəyyənləşdirib.

“The Numbers” portalının məlumatına görə, ekran əsəri ABŞ və Kanadada 47 gün ərzində 936,773 milyon dollar gəlir əldə edib. Bununla da film 936,662 milyon dollar kassa gəliri olan “Ulduz müharibələri: Qüvvənin oyanışı”nı (“Star Wars: The Force Awakens”) geridə qoyub.

Film nümayişinin ilk həftəsində dünya üzrə 1,1 milyard dollardan çox gəlir toplayaraq 2026-cı ilin ən çox qazanan ekran əsəri olub.

“Hörümçək adam: Yeni gün”ün dünya premyerası iyulun 31-də keçirilib. Filmin istehsalına 225 milyon dollar vəsait xərclənib.

Mənbə: Oxu.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir