Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində bəzi ərazilərin içməli su təminatında müvəqqəti fasilə yaranıb.
Xəbər yerində xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən “İri Şəhərlərin Su Təchizatı” QSC məlumat yayıb.
Qəza aradan qaldırılır
Qeyd olunub ki, su təchizatındakı fasilə Suraxanı rayonundan keçən magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədardır.
Hazırda qəzanın bərpası istiqamətində işlər aparılır. Su təchizatının gün ərzində bərpa olunacağı gözlənilir.

