Yəməndə husilər Səudiyyə Ərəbistanının dəstəklədiyi qüvvələrin komandirlərinin toplantısını yerli istehsal olan ballistik raketlə hədəfə aldıqlarını açıqlayıblar.
Husilərin yaydığı görüntülərdə raketin hədəfə dəqiq zərbə endirdiyi və ərazidə güclü partlayış baş verdiyi görünür.
Hücum nəticəsində ölən və yaralananlarla bağlı məlumat verilməyib. Husilərin iddiası da müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

