Hərbi çağırışdan yayınanlarla bağlı cinayət işi başlandı

Hərbi çağırışdan yayınanlarla bağlı cinayət işi başlandı

Xəbər Yerində xəbər verir ki, hərbi xidmətə çağırışdan qanuni əsas olmadan yayınan iki nəfərlə bağlı cinayət işi başlanılıb.

Hərbi Prokurorluqdan APA-ya verilən məlumata görə, məsələ ilə bağlı araşdırma Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən daxil olan materiallar əsasında aparılıb.

Araşdırma zamanı iki çağırışçının tibbi müayinədən keçirildikdən sonra hərbi xidmətə yararlı hesab olunduğu müəyyənləşib. Buna baxmayaraq, onların qanuni səbəb olmadan növbəti çağırışdan yayınması müəyyən edilib.

Faktlarla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanılıb.

Hərbi Prokurorluq qanuni əsas olmadan hərbi xidmətə çağırışdan boyun qaçıran şəxslərlə bağlı bundan sonra da ciddi tədbirlər görüləcəyini bildirib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir