“Həzi Aslanov” metrosu yaxınlığında mənzildə yanğın olub-VİDEO

“Həzi Aslanov” metrosu yaxınlığında mənzildə yanğın olub-VİDEO

“Həzi Aslanov” metrostansiyasının yaxınlığında yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Xəbər Yerində-nin əldə etdiyi məlumata görə, hadisə Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən binadakı mənzillərdən birində qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, məlumat daxil olduqdan dərhal sonra əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Yanğın qısa müddətdə məhdudlaşdırılıb və yanğından mühafizə bölmələri tərəfindən tam söndürülüb.

Hadisə ilə bağlı əlavə məlumat verilməyib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir