2026–2027-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi bu gün yekunlaşır.
“Xəbər Yerində” xəbər verir ki, mayın 6-dan başlayan qəbul 3 sentyabr saat 18:00-da başa çatacaq.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına görə, indiyədək 124 mindən çox uşağın I sinfə qəbul prosesi tamamlanıb.
Qəbul elektron qaydada www.mektebeqebul.edu.az portalı üzərindən həyata keçirilir.
İnternetə çıxış imkanı olmayan valideynlər və digər vətəndaşlar alternativ qeydiyyat mərkəzlərinə, Agentliyin və yerli idarələrin çağrı mərkəzlərinə, həmçinin ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.
Bildirilib ki, üzrlü səbəblərdən qəbul prosesində gecikən uşaqlar üçün I sinfə elektron qəbul sentyabr ayı ərzində yenidən aktivləşdiriləcək.

