İbrahim Tatlısəsə hücumun təşkilatçısı həbsxanadan çıxarıldı

İbrahim Tatlısəsə hücumun təşkilatçısı həbsxanadan çıxarıldı

Xəbər Yerində “Musavat.com”a istinadən xəbər verir ki, məşhur türkiyəli müğənni İbrahim Tatlısəsə 2011-ci ildə edilən silahlı hücumun təşkilatçısı kimi həbs cəzası çəkən Abdulla Uçmağa yaxın qohumunun dəfn mərasimində iştirak etmək üçün müvəqqəti icazə verilib.

Uçmaq Adananın Kozan rayonunda dünyasını dəyişən qaynı Bilal Bayrakçının dəfnində iştirak etmək məqsədilə xüsusi müraciət edib. Müraciəti təsdiqləndikdən sonra məhbus cəzaçəkmə müəssisəsindən çıxarılaraq Adanaya aparılıb.

Dəfn mərasiminin keçirildiyi ərazidə polis və jandarma əməkdaşları tərəfindən geniş təhlükəsizlik tədbirləri görülüb. Gücləndirilmiş təhlükəsizlik şəraitində dəfn namazına və mərasimə qatılan Uçmaq mərasim başa çatdıqdan dərhal sonra yenidən cəzaçəkmə müəssisəsinə qaytarılıb.

Tatlısəsə hücum necə baş vermişdi?

İbrahim Tatlısəs 14 mart 2011-ci ildə gecə saatlarında “İbo Show” proqramının çəkilişindən sonra İstanbulun Maslak ərazisində yerləşən “Nurol Plaza”dan çıxarkən silahlı hücuma məruz qalmışdı.

Avtomat silahdan açılan atəş nəticəsində müğənni başının sağ tərəfindən güllə yarası alaraq ağır xəsarət yetirilmişdi.

Hücum zamanı Tatlısəsin köməkçisi Buket Çakıcı da yaralanmışdı. Avtomobilin sürücüsü Hakan Çalışkan isə hadisə nəticəsində xəsarət almayıb.

İstintaq və məhkəmə araşdırmaları nəticəsində Abdulla Uçmağın hücumun təşkilatçısı olduğu müəyyən edilib və o, uzunmüddətli azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Qeyd edək ki, Abdulla Uçmaq 2026-cı ilin yanvarında da xüsusi icazə ilə Tekirdağ Cəzaçəkmə Müəssisəsindən çıxarılıb. O, həmin vaxt Osmaniyənin Kadirli rayonunda yaxın qohumunun dəfn mərasimində iştirak edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir