İçərişəhərdə abidələrin monitorinqi dəyişir: yeni texnologiyalar tətbiq olunacaq – Foto

İçərişəhərdə abidələrin monitorinqi dəyişir: yeni texnologiyalar tətbiq olunacaq – Foto

Xəbər Yerində Apa-ya istinadən xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ərazidəki tarixi abidələrin vəziyyətinin monitorinqində müasir texnologiyalardan istifadə etməyi planlaşdırır.

“Xəzər” TV-yə müsahibə verən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Rüfət Mahmud bildirib ki, abidələrin vəziyyətinə nəzarət və onların monitorinqinin aparılması Qoruq İdarəsinin əsas öhdəliklərindən biridir.

Monitorinq əsasən vizual baxışla aparılır

Rüfət Mahmudun sözlərinə görə, hazırda abidələrin monitorinqi əsasən vizual baxış yolu ilə həyata keçirilir.

“Bu yanaşma bizi qane etmir”, – deyə İdarə Heyətinin sədri bildirib.

3D skanlaşma və sensorlardan istifadə ediləcək

Rüfət Mahmud qeyd edib ki, Qoruq İdarəsi abidələrin monitorinqində yeni texnologiyaların tətbiqini strateji hədəf kimi müəyyənləşdirib.

Bu məqsədlə 3D skanlaşma və dron çəkilişlərindən, həmçinin abidələrdə nəmliyi qeydə alan və çatların hərəkətini izləyən xüsusi sensorlardan istifadə olunması nəzərdə tutulur.

“Həm investisiya yatırılmalıdır, həm texnologiyalar alınmalıdır”

Qoruq İdarəsinin rəhbəri bildirib ki, yeni sistemin tətbiqi üçün həm maliyyə vəsaiti, həm müasir texnologiyalar, həm də ixtisaslı mütəxəssislər tələb olunur.

“Bunun üçün həm investisiya yatırılmalıdır, həm texnologiyalar alınmalıdır, həm də uyğun mütəxəssislər hazırlanmalıdır. Bu, bizim strateji hədəflərimizdən biridir”, – deyə Rüfət Mahmud vurğulayıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir