2027-ci ildə İcbari Tibbi Sığorta Fonduna dövlət büdcəsindən ayrılacaq vəsaitin həcmi 1 milyard 100 milyon manat olacaq.
Xəbər Yerində xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd olunub.
Beləliklə, fonda ayrılması nəzərdə tutulan vəsait əvvəlki ilin büdcə layihəsində göstərilən 900 milyon manatla müqayisədə 200 milyon manat artırılır.
Qeyd edək ki, 2027-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 39 milyard 254 milyon manat, xərclərinin isə 42 milyard 400 milyon manat olacağı proqnozlaşdırılır.

