Qubada yarım milyon manatdan çox mənimsəmə: Direktor həbs edildi

Qubada yarım milyon manatdan çox mənimsəmə: Direktor həbs edildi

Quba Olimpiya İdman Kompleksinin direktoru Rəşid Orucov və müəssisənin mühasibi Vidadi Şirinov həbs olunublar.

Xəbər Yerində “Report”a istinadən xəbər verir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırmalar zamanı “Azəridmanservis” MMC-nin Quba İdman, istirahət, təlim və tədris kompleksinin direktoru Rəşid Orucovun və mühasib Vidadi Şirinovun qanunazidd hərəkətləri müəyyən edilib.

Araşdırma çərçivəsində hər iki şəxs mənimsəmə və vəzifə cinayətlərində təqsirləndirilir. İş üzrə dövlətə və ya digər tərəfə dəymiş ziyanın məbləğinin yarım milyon manatdan çox olduğu bildirilir.

Rəşid Orucov və Vidadi Şirinov barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir