İlham Əliyev BƏƏ-nin milli təhlükəsizlik müşavirini qəbul edib – FOTO

İlham Əliyev BƏƏ-nin milli təhlükəsizlik müşavirini qəbul edib – FOTO

Xəbər Yerində xəbər verir ki, Prezident İlham Əliyev sentyabrın 14-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi Əmirliyi hakiminin müavini və milli təhlükəsizlik müşaviri Şeyx Tahnun bin Zayed Al Nəhyanı qəbul edib.

Şeyx Tahnun bin Zayed Al Nəhyan görüşdə BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın salamlarını dövlət başçısına çatdırıb. Prezident İlham Əliyev də öz salamlarının BƏƏ prezidentinə çatdırılmasını xahiş edib.

Görüş zamanı Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın inkişafından məmnunluq ifadə olunub. Tərəflər ikitərəfli əməkdaşlığın müxtəlif sahələr üzrə genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Daha sonra İlham Əliyev və Şeyx Tahnun bin Zayed Al Nəhyanın iştirakı ilə bir sıra mühüm sənədlərin imzalanma mərasimi keçirilib.

Sənədlər əsasən bərpaolunan enerji, investisiya, mədənçilik, süni intellekt və yüksək performanslı hesablama infrastrukturu, “Cənub Qaz Dəhlizi” və enerji layihələri üzrə əməkdaşlığı əhatə edir.

İmzalanan sənədlər arasında “Masdar” və AGEC arasında Azərbaycanda bərpaolunan enerji layihələrinin hazırlanmasına dair saziş, Azərbaycan İnvestisiya Holdinqi ilə “L’IMAD HOLDING COMPANY PJSC” arasında strateji əməkdaşlıq sənədi və “AzerGold” ilə “Terra Mining Ltd” arasında Naxçıvanın mineral-xammal potensialının araşdırılması üzrə saziş də yer alıb.

Bundan başqa, Azərbaycanda Data Mərkəzi, yüksək performanslı hesablama və süni intellekt infrastrukturunun inkişafı, “Cənub Qaz Dəhlizi” və Neftçalada 315 MVt gücündə günəş elektrik stansiyası layihəsi ilə bağlı sənədlər imzalanıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir