İlham Əliyev Bişkekdə “ŞƏT plyus” görüşündə iştirak edir-FOTO

İlham Əliyev Bişkekdə “ŞƏT plyus” görüşündə iştirak edir-FOTO

Xəbər Yerində xəbər verir ki, Qırğızıstanın paytaxtı Bişkekdə “ŞƏT plyus” formatında görüş keçirilir.

Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak etmək üçün Bişkekdə yerləşən “Irıs Ordo” Konqres Mərkəzinə gəlib.

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Prezidentini, eləcə də görüşə qatılan digər dövlət və hökumət başçılarını qarşılayıb.

Daha sonra tədbirin iştirakçıları birgə foto çəkdiriblər.

Görüşdə müxtəlif ölkələrin rəhbərlərinin iştirakı ilə regional və beynəlxalq gündəmdə olan məsələlər, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və müxtəlif sahələr üzrə əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsinin aparılması gözlənilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir