İlham Əliyev: “Dayanıqlı inkişafın əsas dayağı budur”

İlham Əliyev: “Dayanıqlı inkişafın əsas dayağı budur”

Xəbər Yerində Musavat.com-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanın böyük maliyyə imkanlarına malik olduğunu və bu resurslar hesabına müxtəlif texnologiyaların əldə edilməsinin mümkünlüyünü bildirib.

Dövlət başçısı bu fikirləri II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə səsləndirib.

“Əsas rol kadr potensialına məxsusdur”

Prezidentin sözlərinə görə, ölkənin uzunmüddətli və dayanıqlı inkişafının təmin olunmasında yalnız maliyyə və texnologiya deyil, insan kapitalı, kadr potensialı və illər ərzində formalaşmış təcrübə də mühüm əhəmiyyət daşıyır.

İlham Əliyev qeyd edib ki, Azərbaycanda savadlılıq səviyyəsinin 100 faizə yaxın olması, eləcə də təhsil sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlər ölkənin insan resurslarının inkişafına mühüm töhfə verir.

Qeyri-neft sektorunun payı 70 faizdən çoxdur

Prezident neft-qaz sektorunda formalaşmış idarəçilik təcrübəsinə də diqqət çəkib.

O bildirib ki, hazırda Azərbaycanın ümumi daxili məhsulunun 70 faizdən çoxu qeyri-neft sektorunun hesabına formalaşır.

Bununla yanaşı, ixrac strukturunda neft və qazın üstün mövqeyinin azaldılması istiqamətində beynəlxalq tərəfdaşlarla əməkdaşlıq davam etdirilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir