İlham Əliyev Ərdoğanı Cümhuriyyət Bayramı münasibətilə təbrik etdi

İlham Əliyev Ərdoğanı Cümhuriyyət Bayramı münasibətilə təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Cümhuriyyət Bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.

Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, dövlət başçısı məktubunda 29 Oktyabr – Respublika Günü münasibətilə Ərdoğana və onun simasında bütün Türkiyə xalqına öz adından və Azərbaycan xalqı adından səmimi təbriklərini və xoş arzularını çatdırıb.

Prezident məktubunda Azərbaycanla Türkiyəni tarixin sınaqlarından çıxmış əsl dostluq və qardaşlıq tellərinin bağladığını vurğulayıb.

İlham Əliyev qeyd edib ki, 2021-ci ildə Ərdoğanla birgə imzaladıqları Şuşa Bəyannaməsi ilə iki ölkə arasındakı münasibətlər ən yüksək pilləyə – müttəfiqlik səviyyəsinə yüksəlib və keyfiyyətcə yeni məzmun və mahiyyət kəsb edib.

Dövlət başçısı təbrik məktubunun sonunda Rəcəb Tayyib Ərdoğana möhkəm cansağlığı, xoşbəxtlik və ali dövlət fəaliyyətində uğurlar, qardaş Türkiyəyə və onun xalqına isə daim əmin-amanlıq və firavanlıq arzulayıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir