İlham Əliyevdən beynəlxalq minatəmizləmə konfransına müraciət

İlham Əliyevdən beynəlxalq minatəmizləmə konfransına müraciət

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciət ünvanlayıb.

“Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda keçirilən tədbirdə Prezidentin müraciətini Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev səsləndirib.

Dövlət başçısı müraciətində beynəlxalq minatəmizləmə konfranslarının Azərbaycan və BMT-nin əməkdaşlığı çərçivəsində mühüm platformaya çevrildiyini qeyd edib.

İlham Əliyev bildirib ki, mina və partlamamış hərbi sursatlar dünyanın müxtəlif bölgələrində hələ də insanların həyatına və təhlükəsizliyinə ciddi təhdid yaradır. Onun sözlərinə görə, münaqişələrin başa çatmasından illər keçməsinə baxmayaraq, bu təhlükələr mülki əhalinin ölümü və yaralanmasına, infrastruktura ziyan dəyməsinə və ərazilərin yenidən qurulmasının ləngiməsinə səbəb olur.

Prezident vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərin bərpası yalnız binaların, yolların və digər infrastrukturun yenidən qurulmasından ibarət deyil. Ərazilərin minalardan və digər partlayıcı sursatlardan təmizlənməsi insanların təhlükəsiz şəkildə yaşayış məntəqələrinə qayıtması və iqtisadi fəaliyyətin bərpası üçün əsas şərtlərdən biridir.

Müraciətdə həmçinin bildirilib ki, konfrans çərçivəsində aparılacaq müzakirələr beynəlxalq minatəmizləmə standartlarının inkişafına, yeni texnologiyaların tətbiqinə və təhlükəsiz yaşayış məskənlərinin yaradılmasına töhfə verə bilər.

İlham Əliyev konfrans iştirakçılarına uğurlar arzulayıb.

Qeyd edək ki, IV Beynəlxalq Minatəmizləmə Konfransı sentyabrın 2-də Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) və BMT-nin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə Bakıda keçirilir.
Mənbə:Apa

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir