Sumqayıtın Corat bağları ərazisində fərdi yaşayış evində yanğın baş verib.
Xəbər Yerində xəbər verir ki, hadisə barədə məlumat daxil olduqdan sonra Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları əraziyə cəlb olunub.
Yanğın qısa müddətdə nəzarətə götürülərək söndürülüb. Alovun yaxınlıqdakı digər yaşayış evlərinə keçməsinin qarşısı alınıb.
İlkin araşdırmalar zamanı yanğının ev sahibinin oğlu tərəfindən törədildiyi ehtimal olunur. Şəxs hadisə yerində polis əməkdaşları tərəfindən saxlanılıb.
Hazırda hadisənin səbəbləri və digər təfərrüatlar araşdırılır.
Video: Report

