Xəbər Yerində xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edilib.
Vəsiqə Bakıda səfərdə olan Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüş zamanı Ukraynanın Azərbaycandakı səfiri tərəfindən dövlət başçısına təqdim olunub.
İlham Əliyev bununla bağlı paylaşımı özünün “X” hesabında edib.

